16 avqust 2011 14:22

“Foqts məni növbəti toplanışa dəvət edəcəyini bildirdi”

Azərbaycan yığmasının yeni simalarından olan Ufuk Budaq müsahibəsində Makedoniyaya qarşı debüt matçından (0:1), Berti Foqtsdan yeni dəvət gözləməsindən danışıb. Azerisport.az sizi müdafiəçinin bəzi maraqlı açıqlamaları ilə tanış edir:

“Mən futbol oynamağa Ulmedə başlamışam. Orda gənc futbolçuların hazırlanmasına xüsusi diqqət verilirdi. Hansı ki, hazırda bir çox yetirmələri Bundesliqada çıxış edir. Bu, ordakı işin necə faydalı olduğundan xəbər verir” – deyə, Budaq futboldakı ilk addımlarını xatırlayır.

O, Azərbaycan yığmasına necə çağırılmasından danışarkən bunları dilə gətirib: “Mənə Azərbaycandan zəng gəldi. Bu, gənclərdən ibarət yığmanın baş məşqçisi Bernard Lippertdən idi. O, məni Moldovanın gənclərdən ibarət yığması ilə oyuna çağırdı”.
 
Qeyd edək ki, Lənkəranda keçirilən həmin oyunda Ufuk 90 dəqiqə meydanda olmuşdu. Onun oyunu hətta Berti Foqtsun da diqqətini cəlb etmişdi. Budağın millimizin baş məşqçisi haqda fikirləri da maraq doğurur:

“O, böyük məşqçidi. Mən onun rəhbərliyi altında Makedoniya ilə oyuna hazırlaşmaqdan, çıxış etməkdən böyük həzz aldım”.
 
Avqustun 10-da keçirilən Azərbaycan – Makedoniya matçındakı debütü Ufukun artıq bir daha Türkiyə yığmasında çıxış edə bilməyəcəyini də dəqiqləşdirdi. O, millimizdəki debüt oyunu haqda isə bunları dilə gətirib: “Qoran Pandevə qarşı futbol oynamaq çox xoş hiss idi. Foqts mənim çıxışımdan razı qalmışdı. O, məni yeni toplanışa da dəvət edəcəyini bildirdi. Hansı ki, iki həftə sonra toplaşmalıyıq. Mən azarkeşlərdən də ancaq xoş münasibət gördüm”.
 
Türk və Azərbaycan əsilli olmasına baxmayaraq, Almaniya vətəndaşlığını da daşıyan Ufuk Budaq AFFA-nın onu necə axtarıb tapdığını hələ də özü üçün anlaşılmaz hesab edir. Amma o, Azərbaycan yığmasında çıxış etməkdə heç bir problem görmür: “Mənə heç tərcüməçi də lazım deyil. Azərbaycan və Türkiyənin dilləri də bir-birinə doğmadı. Biz bir-birimizi asanca başa düşürük”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.