16 avqust 2011 14:54

"Azərbaycanın uğurlarını görmək son dərəcə xoşdu"

17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının İsveçrədə keçirdiyi 1 həftəlik təlim-məşq toplanışı barədə uefa.com saytında yazı yerləşdirilib. Azerisport.az həmin yazı ilə sizi də tanış edir:
 
“16 yaşadək qızlardan ibarət Azərbaycan yığması 1 həftəlik qəbul çərçivəsində İsveçrədə keçirdiyi səmərəli təlim-məşq toplanışı ilə əlaqədar UEFA-ya minnətdarlığını bildirib. 2012-ci il 22 sentyabr – 13 oktyabr aralığında 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatını qəbul edəcək komanda UEFA-nın Nyondakı mənzil-qərargahı ilə üzbəüz yerləşən Futbol Ustalığının Artırılması Mərkəzində düşərgə qurmuşdu.
 
Komanda məşq edib, UEFA-dan olan mütəxəssislərlə görüşüb və iki yoldaşlıq oyunu keçirib – çərşənbə günü “Voud” komandası ilə (1:2), cümə günü isə İsveçrənin müvafiq yaş qrupundan ibarət yığmasına qarşı (0:2). Son bir neçə ay ərzində əzmlə hazırlıq keçən və Almaniyada təlim-məşq toplanışında olan, iyulda Gürcüstan yığmasına iki yoldaşlıq görüşündə qalib gələn, Moldova yığması ilə oyunlarda isə bir qələbəyə imza atıb, bir dəfə heç-heçə edən komanda üçün bu nəticələri layiqli saymaq olar.
 
Azərbaycan yığmasının məşqçisi, futbolçu kimi 1989 və 1991-ci illərdə qadınlar arasında Avropa çempionu olan, sonralar isə “Bavariya”nın qadın, “Exinqom”un isə kişilərdən ibarət komandasına rəhbərlik etmiş almaniyalı Sissi Raytdı. UEFA.com-a müsahibəsində o, deyib: “Bizim üçün burada peşəkar şəraitdə məşq etmək üçün əla imkan yaranıb. Rahat mehmanxanada qalırıq və UEFA-nın fəaliyyətini daxildən izləmək imkanımız var. Bunları görmək hər futbolçuya nəsib olmur. Bizi mehribancasına qarşıladılar. Bir neçə yoldaşlıq oyunu keçirdik”.
 
İsveçrə yığmasının baş məşqçisi Beatriçe fon Zibental əlavə edib: “Başqa vaxt çətin ki, qarşılaşacağımız bir rəqiblə oynamaq bizim üçün çox maraqlı idi. Yaxşı oyun alındı. Sona qədər bərabər mübarizə getdi”.
 
Bu oyunu UEFA-nın baş katibi Canni İnfantino, AFFA-nın baş katibi Elxan Məmmədov, İsveçrə Futbol Assosiasiyasında eyni vəzifəni daşıyan Aleks Mişer və UEFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın Qadın Futbolu Komitəsinin sədri Karen Espelund da (şəkildə) izləyiblər.
 
“Son bir neçə il ərzində xeyli inkişaf edərək, FİFA-dan 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının ev sahibliyi hüququnu almış Azərbaycanın uğurlarını görmək son dərəcə xoşdu” - deyə, Espelund bildirib.
 
“Dünya çempionatını özünəməxsus platforma kimi istifadə edərək, “Kolovre”də olduğu müddətdə Azərbaycan yığmasının İsveçrə Futbol Assosiasiyası ilə daha fəal əməkdaşlıq etməsi, təcrübə mübadiləsi aparması və öyrənməsi üçün UEFA Azərbaycan tərəfi ilə daha sıx əməkdaşlıq edə bilər. Bu zaman hamı müşahidə edəcək ki, o qədər də böyük olmayan ölkələr belə, qadınlar arasında irihəcmli turnirləri keçirilməyi və təcrübə toplamağı bacarır.  Mən inanıram ki, bu, Azərbaycan futbolunun uzunmüddətli perspektivinə təsirini göstərəcək” - deyə, Espelund əlavə edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.