16 avqust 2011 14:31
30 manatından keç, Azərbaycan millisinin oyununa bax (FOTO)
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Belçika oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletləri Tofiq Bəhramov adına Respublika stadionunun qarşısındakı və Park Bulvar Alış-Veriş Mərkəzinin birinci mərtəbəsindəki satış məntəqəsindən almaq olar.
Qeyd edək ki, Azərbaycan – Belçika oyununun biletlərinin sektorlar üzrə qiyməti barədə aşağıdakı şəkillərdən məlumat əldə edə bilərsiniz. Sadəcə onu qeyd edək ki, biletlərin ən ucuzu 2, ən bahalısı isə 30 AZN təşkil edir.
