16 avqust 2011 15:23
Belçika yığması Bakıya 23 futbolçu ilə gəlir
Belçika yığmasının baş məşqçisi Jorj Leekensin Azərbaycanla oyun üçün heyəti açıqlayacağı tarix bəllidi. Azerisport.az xəbər verir ki, o, Bakıya gətirməyə hazırlaşdığı futbolçuların siyahısını avqustun 25-də açıqlayacaq.
O, artıq indidən milliyə 23 futbolçu dəvət edəcəyini bildirib. Lakin konkret kimlərin gələcəyi məhz yuxarıda göstərilən tarixdə bəlli olacaq.
Qeyd edək ki, Belçika yığması AÇ-2012-nin seçmə mərhələsində Almaniya, Türkiyə, Avstriya və Qazaxıstanla birgə millimizin rəqibidi. İlk oyunda Azərbaycan üzərində 4:1 hesablı qələbəyə sevinən Belçika sentyabrın 2-də Bakıda yığmamızın qonağı olacaq.
