16 avqust 2011 16:56
Bakı paytaxt derbisinə itkilərlə hazırlaşır
Avqustun 20-də Premyer Liqanın 3-cü turu çərçivəsində “Bakı” “paytaxt derbisi”ndə “İnter”in qonağı olacaq. Azerisport.az “Bakı”nın meneceri Kamran İsmayılova istinadən xəbər verir ki, komandada bu ciddi oyuna planlı şəkildə hazırlıqlar gedir.
“İnter”lə səfər oyunu öncəsi heyətdə zədəli futbolçular da var. Milli komandadan zədəli dönən Fabio Luis Ramin və Elvin Məmmədovun “İnter”lə oyunda iştirakı sual altındadı.
Kamran İsmayılov ötən tur “Simurq”la oyunda itirdikləri xalları növbəti qarşılaşmalarda sığortalayacaqlarını söyləyib: “Simurq”la oyunda çox vacib iki xal itirdik. Bu oyundan sonra futbolçularda müəyyən mənfi hisslər var, amma tam bədbinlik yoxdu. Çalışacağıq ki, “İnter”lə səfər oyununda qalib gəlib, ötən turdakı xal itkisini unudaq. Futbolda belə bir deyim var - “ən vacib oyun növbəti oyundu”.
