16 avqust 2011 17:01
“Bəhmən Həsənovun istefasını istəməzdik”
Ötən tur ilk xalını qazanan “Simurq”da əhval-ruhiyyə yüksək səviyyədədi. Azerisport.az xəbər verir ki, klubun icraçı direktoru Vaqif Əliyev doğma meydanda keçiriləcək növbəti oyunda da qələbə qazanmaq üçün meydana çıxacaqlarını söyləyib:
“Müdafiəçimiz Aleksandr Şemonayev ilk turda AZAL ilə oyunda qırmızı vərəqə aldığı üçün cəzalıdır və “Rəvan”la oyunda oynamayacaq”.
Vaqif Əliyev “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənovun “”Simurq”la oyunda uğursuzluq olsa, istefa verəcəm” sözlərinə də münasibətini bildirib: “Bəhmən müəllim çox gözəl komanda formalaşdırıb. Onlar sonadək mübarizə aparırlar. İstəməzdik ki, Bəhmən müəllim istefa versin. Amma biz qalib gələcəyik”. (PFL)
