16 avqust 2011 17:21
Rəvanla oyun öncəsi Simurqa şad xəbər
Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunda “Rəvan”ı qəbul edəcək “Simurq” oyuna hazırlıqları davam etdirir. Azerisport.az klubun icraçı direktoru Vaqif Əliyevə istinadən xəbər verir ki, “Bakı” ilə oyunda zədələnən kapitan Rasim Ramaldanovun vəziyyəti yaxşıdır.
O, gələn tur “Rəvan”la oyunda meydana çıxa bilər.
Xatırladaq ki, matçın sonlarında sifətinə top dəyən oyunçunun halı pisləşdiyindən xəstəxanaya götürülmüşdü.
