16 avqust 2011 18:00
Beşiktaşın hücumçusu Braziliya klubunda
Türkiyənin “Beşiktaş” klubuyla yollarını ayıran Bobo özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra karyerasını vətənində davam etdirəcək.
Belə ki, 26 yaşlı hücumçu Brazilyanın “Kruzeyro” klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Bobo 2006-cı ildən bu yana “Beşiktaş”da çıxış edirdi. Bu müddət ərzində “ağ-qaralar”ın heyətində 144 oyun keçirən təcrübəli forvard 58 dəfə qol sevinci yaşayıb.
