16 avqust 2011 17:48

Abdullayev: Həmişəki optimal heyət olsaydı, XL-na bu hesabla uduzmazdıq

AZAL-ın baş məşqçisi Elxan Abdullayev azerisport.az saytına müsahibəsində komandasının “Xəzər Lənkəran”a böyükhesablı məğlubiyyətindən (0:3), eləcə də qarşıdan gələn “Qəbələ” ilə qarşılaşmadan danışıb.
 
- Komandanızın belə məğlubiyyətini gözləyirdinizmi?
- Əlbəttə, yox. Bunu necə gözləyə bilərdim? Böyük hesabla məğlub olmaq mənim planlarıma daxil deyil. Yaxşı oynamaya biləcəyimizə hazır ola bilərdim. Amma buna yox.
 
- Belə yenilgiyə kadr problemləri səbəb oldu?
- Həm bu, həm də digər problemlər.

- Amma oyundan öncə AZAL favorit göstərilirdi...
- Bəzi oyunçularımızın yoxluğu öz sözünü dedi. Usim Nduka ilə Viktor İbekoyi qarşılaşmanı buraxmalı oldu. Aqil Nəbiyevlə Robert Petrov meydana zədəli çıxmışdılar. Əvəzedicilərdən oyunçu dəvət etmişdik. Bütün bunlar oyunumuza təsirsiz ötüşmədi. “Xəzər Lənkəran” isə buraxılan səhvləri bağışlayan komandalardan deyil.

- Yeri gəlmişkən, siz ilk turda “Simurq”u evində 3:0 məğlub etmişdiz, bu dəfə isə özünüz analoji hesabla uduzdunuz...
- O oyunda problemlərimiz daha az idi. Heç bu iki komandanı müqayisə etmək də düz olmazdı. Amma AZAL-da həmişəki optimal heyət olsaydı, biz heç vaxt belə hesabla uduzmazdıq. Eybi yox. Qarşıda hələ “Xəzər Lənkəran”la cavab oyunumuz da var. Komandamın oyununa elə də ciddi iradım yoxdu.

- Komandada kadr dəyişiklikləri olacaq?
- Bəli, olacaq. Özü də buna ehtiyacımız var. Həm də transfer pəncərəsinin bağlanmasına kimi vaxtımız var.
 
- Hansı mövqeləri gücləndirməyi istəyirsiz?
- Hamısını. Xüsusilə də müdafiə və yarımmüdafiəni. Ən azı 3 transfer olmalıdı.
 
- Deməli, komandadan gedən də olacaq?
- Xeyr. Məsələ burasındadı ki, komandadan gedənlər daha çox olub, nəinki onların əvəzinə gələnlər.
 
- “Qəbələ” ilə qarşıdakı oyundan nə gözləyək?
- Nduka artıq 50 faiz hazırdı. İbekoyi oynaya biləcək. Bizim hələ vaxtımız var. Oyuna kimi problemlərimizi yoluna qoymağa çalışacağıq. Yenilər dəqiq olmayacaq. Onlar hamısı 3-cü turdan sonra komandaya kömək edə bilərlər.
 
- Rəqib çox güclüdü...
- Bizim də qarşımıza ən azı medalçılar sırasına düşmək vəzifəsi qoyulub. Ancaq qələbəyə oynayacağıq. Heç-heçə də olsa, müsbət nəcitə saymaq olar. Baxmayaraq ki, iki xal itirdiyimizi düşünəcəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.