16 avqust 2011 11:18

Ruslan Abışov: Neftçi hər turda qələbə qazanmağı hədəfləyib

Azərbaycan çempionu “Neftçi”nin müdafiəçisi Ruslan Abışov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 2-ci turunun “Rəvan”la oyunundan, eləcə də qarşıdan gələn “Sumqayıt Şəhər”lə görüşdən danışıb.
 
- Yeni mövsümdəki ilk oyununuzu – “Rəvan”la qarşılaşmanı necə dəyərləndirərdiz?
- Düzünü deyim ki, çox çətin oyun alındı. Ona görə ki, bu, bizim cari mövsümdəki ilk oyunumuz idi. Məlum olduğu kimi, ilk oyunumuz “Qarabağ”a qarşı olsa da, təxirə salındı. Debüt isə həmişə ağır olur. Əsas odu ki, biz müsbət nəticəyə nail ola bildik. İnanıram ki, gələcək oyunlarda da uğurumuzun davamı gələcək.
 
- Deməli, debütü əla saymaq olar?
- Əla deməzdim. Normal. Biz qarşıda daha yaxşı oynaya bilərik. Özü də biz xeyli müddət idi oynamırdıq. Bu, bizim Çempionlar Liqasındakı “Dinamo” ilə oyunumuzdan sonra çıxdığımız ilk görüş idi.
 
- İlk hissədə qol vursaz da, o qədər də yaxşı təsir bağışlamadız...
- Havanın isti olması da sözünü deyirdi. Çox isti var idi ki, bu da oynamağa çətinlik yaradırdı. Amma dediyim kimi, zamanla biz daha yaxşı oynamağa başlayacağıq.
 
- Amma hər halda hamı çempiondan debütant üzərində inamlı qələbə gözləyirdi...
- Mən “Rəvan”da oynayan futbolçuları debütant adlandırmazdım. Bu komanda demək olar ki, ötən mövsümkü “Muğan”dı. Sadəcə heyətlərinə bir neçə yeni futbolçu qatıblar. İstənilən halda artıq çempionatımızda zəif komanda qalmayıb.

- “Neftçi” üçün çempionata “Qarabağ”la başlamaq daha yaxşı idi, yoxsa “Rəvan”la?
- Fərqi yoxdu. Çempionatın startı həmişə çətin olur. Gördüyünüz kimi, “Rəvan”la da çətin qarşılaşma oldu. Heç də asan qələbə qazanmadıq.
 
- Qarşıda sizi daha bir debütant - “Sumqayıt Şəhər” gözləyir...
- Onların birinci turda “Xəzər Lənkəran”a qarşı necə oynadıqlarını görmüşəm. Yaxşı komandadı. Heyətlərində çoxlu gənc və perspektivli futbolçuları var. Amma “Neftçi” “Sumqayıt Şəhər”lə oyuna ancaq qələbə üçün çıxacaq. Biz ümumiyyətlə, hər turda qələbə qazanmağı hədəfləmişik. Odu ki, hansısa komanda ilə bağlı istisna ola bilməz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.