16 avqust 2011 11:39
Neftçi də Dalğa Arenaya köçür
“Neftçi” “Dalğa Arena”ya köçür. Azerisport.az xəbər verir ki, buna Tofiq Bəhramov adına Respublika stadionunda aparılan təmir işləri səbəb olub.
Düzdü, ölkə çempionunun Bakıxanov qəsəbəsində İsmət Qayıbov adına digər stadionu da var. Lakin orda da qazonun dəyişdirilməsi işləri aparıldığından, “Neftçi” başqa stadion axtarışına çıxıb. Yeni arena isə böyük ehtimalla Mərdəkandakı “Dalğa Arena” olacaq. Bu haqda saytımıza açıqlamasında klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib:
“Biz bunu sadəcə əsas komandaya görə etmirik. Əvəzedicilərimiz də mövsümdəki ilk oyunlarını – “Qarabağ”la görüşü məhz bu arenada keçirdilər. İndi əsas komandaya da lazım gələcəyi halda, ev oyununu orda keçirməli olacağıq”.