16 avqust 2011 11:44
AFFA-dan növbəti xeyriyyə tədbiri
Müqəddəs Ramazan ayı ilə əlaqədar AFFA və Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının növbəti birgə tədbiri keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə iştirak edən AFFA-nın I vitse-prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri, Milli Məclisin deputatı Rauf Əliyev Şüvəlan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum və əqli cəhətdən zəif uşaqlar üçün 4 saylı uşaq evində olub.
R.Əliev burada tərbiyə alan uşaqlara Açıq Əyləncəli Futbol Məktəbləri layihəsi çərçivəsində AFFA-nın hədiyyələrini təqdim edib.
