16 avqust 2011 12:14
Neftçinin növbəti oyununun vaxtı və yeri bəlli oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunun 1 oyununun vaxtı və yeri müəyyənləşib. Azerisport.az xəbər verir ki, son çempion “Neftçi”nin autsayder “Sumqayıt Şəhər”lə harda və nə vaxt qarşılaşacağı artıq bəllidi.
Sözügedən görüşün bazar günü – avqustun 21-də keçirilməsi nəzərdə tutulub. Qarşılaşma saat 21:00-da start götürəcək.
Qeyd edək ki, “Neftçi” – “Sumqayıt Şəhər” matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
