16 avqust 2011 12:26
Neftçinin futbolçuları yığmadan imtina etdilər
Azərbaycan çempionu “Neftçi”nin futbolçuları ölkəsinin yığma komandasında çıxışdan imtina edib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın müdafiəçisi İqor Mitreski ilə yarımmüdafiəçi Slavço Georgiyevski Makedoniya millisində oynamaq istəmir.
Onlar bu qərarlarının gənclərə yol açmaq istəklərindən irəli gəldiyini bəyan ediblər.
Qeyd edək ki, son dövrlər heç də uğurlu çıxışı ilə seçilməyən Makedoniya yığması avqustun 10-da Azərbaycanla yoldaşlıq oyununda 1:0 hesablı qələbəyə sevinmişdi. Həmin oyunda Mitreski zədə səbəbindən iştirak edə bilməmişdisə, Georgiyevski sonradan meydana daxil olmuşdu.
