16 avqust 2011 12:06
Əziz Yıldırımın Fenerbahçe ilə bağlı hüquqları əlindən alındı
Adı danışılmış oyunlara qarışdığı üçün həbs olunan “Fenerbahçe”nin prezidenti Əziz Yıldırım bundan sonra klubla bağlı məsələlərdə qərar verə bilməyəcək. Azerisport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası Yıldırımın “sarı-lacivərdli” klubla bağlı bütün hüquqlarını əlindən alıb.
Prezident bundan sonra heç bir rəsmi sənədə qol çəkə və klubu hər hansı tədbirdə təmsil edə bilməyəcək.
TFF-nin Yıldırım və digər günahkarları İntizam Komitəsinə göndərməsi də sırf bu məsələ ilə bağlıdı.
