17 avqust 2011 01:11
XL Lənkərana tam heyətlə getmədi
"Xəzər Lənkəran"ın planlarında dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, komandanın bu gün günortadan sonra Lənkərana gedişi gözlənilsə də, Mirça Rednik yetirmələrini dünən doğma şəhərə aparıb.
Artıq komanda ötən gün Lənkəran şəhər stadionunda məşqə də çıxıb. Hazırlıq prosesində Kamal Bayramov, Orxan Sadıxlı, Katalin Doman, Eder Bonfim, Elnur Abdullayev, Andrey Mureşan, Rahid Əmirquliyev, Opara Emeka, Adrian Pit, Şəhriyar Xəlilov, Deyan Rusiç, Rikardo Qomeş, Antonio Semedo, Branimir Subaşiç və iki yerli gənc futbolçu iştirak edib.
Kamran Ağayev, Elnur Allahverdiyev, Elvin Beqiri və Alim Qurbanov Lənkərana yollanan heyətdə yoxdu. Onların bu gün komandanın məşqinə qatılacağı bildirilir. (12-ci oyunçu)
