17 avqust 2011 18:15
Azərbaycan yığması seleksiya xarakterli toplanış keçirəcək
Avqustun 22-dən 28-dək AFFA Futbol Mərkəzində çimərlik futbolu üzrə Azərbaycan milli komandasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, toplanışa dəvət olunmuş futbolçular bunlardı: Namiq İsgəndərov, Emin Kürdov, Ramil Əliyev, ElşənHüseynov, Orxan Məmmədov, Nahid Mehrəliyev, İlqar Abdulov, Əli Hüseynov, Əbdül Əliyev, Comərd Baxşəliyev, İlqar Abdullayev, Ruslan Rahmatulin, Anar Məmmədov, Miryusif Cavadov, Şıxqayıb Şıxqayıbov. (AFFA)
