17 avqust 2011 18:36
Fərid Quliyev Neftçi`də qalır
Hücumçu Fərid Quliyev Azərbaycanın “Neftçi” futbol klubunda qalacaq. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Böyükağa Ağayev onu Bahodir Nəsimovun əvəzi qismində görür. Qeyd edək ki, “Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədovun vaxtında Quliyev əvəzedici komandada məşq edib.
