17 avqust 2011 18:05
Marko Şarliya: Bizi heç kim saxlaya bilməyəcək
“Bakı”nın qapıçısı Marko Şarliya azerisport.az saytına müsahibəsində Premyer Liqanın 2-ci turunun “Simurq”la oyunundan, eləcə də yeni mövsümə uğurlu start verə bilməmələrindən danışıb.
- “Simurq”la oyunu necə dəyərləndirərdiz?
- Heç bilmirəm, nə deyim. Biz özümüz də hələlik özümüzə gələ və başa düşə bilmirik ki, nə baş verir. Yaxşı oyun sərgiləməyimizə rəğmən, artıq iki oyundu ardıcıl xal itiririk. “Simurq”a qarşı ancaq qələbəyə köklənmişdik. Kİfayət qədər yaxşı oyun sərgilədik. Sadəcə ələ düşən şanslardan yararlana bilmədik. Bizim elə heyətimiz var ki, qələbə qazanmağa sadəcə borclu idik. Belə çıxır ki, biz hələ də öz oyunumuzu tapa bilməmişik.

- Deməli, hücum xəttindən daha çox narazısız?
- Bilirsiz, uduzursansa, bütün komandayla uduzursan. Çox təəssüf ki, 2 xal itirdik. Hücumçularımız bizə daha yaxşı kömək edə bilərdilər. Hələ də inana bilmirəm ki, qələbə qazana bilmədik. Mən rəqibə hörmətlə yanaşıram. Amma “Bakı” həmin axşam daha güclü idi. Bizim buraxdığımız epizodları özünüz də gördünüz. Bu, sadəcə bəxtsizlik idi.

- Amma Zaqatala klubu da qol vurmaq imkanlarına malik idi...
- Biz iki xal itirəndən sonra artıq mənim hansısas epizodlarda komandanı qoldan xilas etməyimdən danışmaq faydasızdı. “Simurq”u çempionatda ilk xalını qazanması münasibətilə təbrik edirəm. Amma biz də çempionluğa oynamağı qarşımıza hədəf qoymuşuqsa, qələbə qazanmağa borclu idik. Biz isə bu şansı yola verdik.
- “Bakı” Sloveniya toplanışı vaxtı da qələbə qazana bilməmişdi. Mümkündü ki, hazırlıqlarınızı lazımi səviyyədə keçirməmisiz?
- Yoldaşlıq oyunları ilə çempionat matçları ayrı-ayrı şeylərdi. Sloveniyada da yaxşı oynayırdıq. Amma nəticə qazana bilmirdik. Çempionatda da iki oyuna 4 xal itirmişik. “Qəbələ” ilə heç-heçə etməyimiz normal olsa da, “Simurq”la oyunda bunu demək olmazdı. Yaxşı hazırlaşıb, növbəti oyunlarda bu uğursuzluğu unutdurmaq lazımdı. Futbolda hamı belə qara zolaqda ola bilər.

- Amma “Simurq”la oyunda hətta penalti də qazandığınız halda bundan yararlana bilmədiniz...
- Biz hamımız ümid edirdik ki, İvanov penaltini reallaşdıracaq. Bu, qələbə qazanmaq yolunda ən real şansımız idi. Amma həmin şansı d qaçırdıq. Özü də bizim başqa qol şanslarımız da yetərincə idi. Sadəcə, top qapıya getmək istəmədi.
- Sizcə, bu oyunda “Simurq” daha yaxşı oynadı, yoxsa “Bakı” pis?
- Əgər rəqib bizimlə heç-heçə oynamağı bacarıbsa, deməli, buna layiq idilər. Düzdü, bəzi epizodlarda bizim qətiyyən bəxtimiz gətirmədi. Əgər qol vura bilsəydik, o zaman qələbəni qeyd edə bilərdik.

- Mövsümün ilk iki oyunundakı heç-heçələri necə qiymətləndirmək olar?
- Mən düşünmürəm ki, bu, həyatın sonudu. Qarşıda bizi çoxlu oyunlar gözləyir. İndi hələ yolun başındayıq. “Bakı” mütləq özünə gəlməlidi. Bizə sadəcə bir qələbə lazımdı ki, hər şey yoluna düşsün. Bundan sonra bizi heç kim saxlaya bilməyəcək. İlk iki oyundakı xal itkilərini liderlərlə oyunlarda kompensasiya edəcəyik. İndi sadəcə öz səhvlərimiz üzərində düşünməliyik.