17 avqust 2011 19:10
AFFA və UNICEF treninqlər keçirəcək
Avqustun 18-də və 19-da AFFA-nın Futbol Akademiyasında AFFA ilə UNICEF Azerbaijan-ın əməkdaşlığı çərçivəsində treninqlər keçiriləcək. Azerisport.az xəbər verir ki, treninqlər qadınlardan ibarət Sumqayıt və Yasamal komandalarının oyunçuları üçün «Sağlam həyat tərzi və uşaq haqları» mövzusunda keçiriləcək. (AFFA)
