17 avqust 2011 19:46
Hacıyev: Neftçinin oyunçuları futbolçudular, biznesmen yox
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytının suallarını cavablandırıb.
- Yeni vəzifədə özünüzü necə hiss edirsiz?
- “Neftçi”də özünü pis hiss etməyin mümkün deyil. Mən klubda olmayanda da komandanın heyətindən, oyun stilindən xəbərim var idi. 10 günə mən “Neftçi”də altı kiloqram arıqlamışam. Bu, bizim işimizin intensivliyindən xəbər verir. Gündə iki dəfə məşq edirik. Çatışmazlıqlarımızı üzə çıxarmağa çalışırıq.

- “Rəvan”la oyunda futbolçularınızın çıxışından nə dərəcədə razı qaldınız?
- Mən “Neftçi”nin oyunundan narazı qaldım. Mənim komandam idealda tam başqa cür oynamalıdı. Hesab edirəm ki, qısa zaman kəsiyində bir çox çatışmazlıqlarımızı aradan qaldıra bilərik. Mən sakit işləyirəm. Prezident Sadıq Sadıqov məşqçilərə öz işlərini görmək üçün vaxt verir.

- Qarşıdakı rəqibiniz – “Sumqayıt Şəhər” barədə nə düşünürsüz?
- Bu komanda gənclərdən qurulub. Onlar “Neftçi”yə qarşı daha istəkli oynayacaqlar. Bizə heç də asan olmayacaq. İstənilən halda heç kim bizə 3 xalı hədiyyə edən deyil. Onu qazanmaq üçün çalışmaq lazımdı.

- “Bakı”ya qarşı oyununuzu xüsusi maraqla gözləyirsiz?
- Bu, mənim üçün ən adi oyunlardan biridi. Düzdü, mən nə vaxtsa “Bakı”da baş məşqçi olmuşan. Amma indi “Neftçi”də çalışıram. Sabah başqa komanda da ola bilərəm.

- Siz oyunçularınızdan daha çox nəyi tələb edirsiz?
- Əsas intizamdı. Mən görürəm ki, bütün futbolçular məşqlərə ciddi yanaşırlar. Qoy unutmasınlar ki, onlar Azərbaycan çempionudular. Onlar hətta bazadan kənarda da özlərini nümunəvi aparmalıdılar.

- Deyirlər ki, sizin əsas qaydalarınızdan biri odu ki, futbolçular sizdən sonra avtobusa minməməlidi...
- Mən avtobusa oturdumsa, getməliyik. Biz heç vaxt kimisə gözləmirik. Bütün futbolçular məsuliyyətli olmalıdılar. Yemək vaxtı telefonla danışmağı da qadağan etmişik. Çünki onlar futbolçudular, biznesmen yox. Əgər futbolçu hər 15 dəqiqədən bir telefonla danışacaqsa, o, diqqətli ola bilməz.
- Yeni oyunçulara ehtiyac var?
- “Neftçi” çempion komandadı və biz heyəti qorumağa çalışırıq. Ancaq oynamaq lazımdı. İstisna deyil ki, bir hücumçu alaq. Çünki Mpenza zədəlidi, tək Nasimovla da işimiz çətin ola bilər.

- Siz uzun müddət idi futboldan kənarda qalmışdınız. Çempionatımızda nə dəyişib?
- Çempionatın səviyyəsi daha da yüksəlib. Əvvəl 6 komanda favorit sayılırdısa, indi onların sayı daha da artıb. Zəif komanda ümumiyyətlə qalmayıb. Bir sözlə, çempionat çox dəyişib.