17 avqust 2011 19:54
Neftçi İSM adını dəyişdi
Birinci divizionda çıxış edən "Neftçi" İSM-in adı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Asim İbrahimov məlumat verib.
Baş məşqçi bildirib ki, komanda yeni mövsümdə "Qaradağ" adı altında çıxış edəcək və Bakının Lökbatan qəsəbəsini təmsil edəcək.
Qeyd edək ki, "Neftçi" İSM ötən mövsüm birinci divizionda çıxış edib və 14 komanda arasında 4-cü pilləni tutub.
