17 avqust 2011 20:00
Bahodir Nasimov Neftçidən ayrılır
"Neftçi"nin futbolçusu Bahodir Nasimov yenidən Özbəkistan milli komandasına dəvət olunub. Azerisport.az xəbər verir ki, Premyer Liqanın ilk turunda "Rəvan" klubunun qapısından qələbə topunu keçirən hücumçu dünya çempionatı-2014-ün seçmə mərhələsinin Suriya və Yaponiya yığmaları ilə keçiriləcək qarşılaşmalarda iştirak edəcək.
Özbəklər sentyabrın 2-də səfərdə Suriya, 6-da isə "ev"də Yaponiya milli komandası ilə görüşəcəklər.
Xatırladaq ki, Özbəkistan yığması seçmə mərhələnin bundan əvvəlki mərhələsində Qırğızıstan milli komandasını 4:0 və 3:0 hesabları ilə məğlub etmişdi. Nasimov Bişkekdə baş tutan cavab görüşündə (3:0) 2 qol vuraraq, komandasına qələbə qazandırmışdı.
