17 avqust 2011 20:04
Xəzər Lənkərandan daha iki transfer
"Xəzər Lənkəran" daha iki futbolçu transer edib. Azerisport.az xəbər verir ki, bu dəfəki transferlər yerli futbolçular olub.
Belə ki, Lənkəran klubu ötən mövsümü "Abşeron"da keçirən Zahid Quliyev və Habil Nurəhmədovla müqavilə bağlayıb. Hər iki futbolçu ilə 2,5 illik anlaşma imzalanıb.
"Abşeron"dan öncə MOİK-də çıxış etmiş 20 yaşlı Zahid Quliyev əsasən mərkəz müdafiəçisi mövqeyində oynayır. Futbolçu 21 yaşdək futbolçulardan ibarət Azərbaycan milli komandasının da üzvüdü.
Karyerasına "Şahdağ" klubunda başlayan Habil Nurəhmədovun isə 19 yaşı var. Sağ cinah yarımmüdafiəçisi olan futbolçu Azərbaycanın U-19 milli komandasının da formasını geyinib.
