17 avqust 2011 20:06
Aziz Yıldırım Abdulla Gülə məktub yazdı
Oyun alqı-satqısı ilə bağlı 1 aydan artıqdı həbsxanada olan "Fenerbahçe"nin prezidenti Aziz Yıldırım Türkiyə prezidenti Abdulla Gülə məktub yazıb. Azerisport.az xəbər verir ki, klub rəhbəri dövlət başçısına məktubunda günahsız olduğunu bildirib.
Aziz Yıldırım həmçinin istintaqı aparan prokuroru da ittiham edib: "Prokuror məndən daha məşhur bir nəfəri həbs edəcəyini bildirmişdi. Bu adam kimdi və niyə hələ də saxlanılmayıb? Bu durum əslində prokurorun etdiyi səhvləri anladığını və klubumuza qarşı ədavət apardığını bildirməyə əsas verir".
Sonda Aziz Yıldırım tezliklə ədalətin zəfər çalacağını bildirib: "Ədalət sonunda öz yerini tapacaq. Ancaq bu müddətdə başda klubumuz olmaqla türk futbolu böyük itkilərlə üzləşəcək. Bunların hesabını kim verəcək?"
