17 avqust 2011 20:11
Xəzər Lənkəranın 15-ci bombardiri
Premyer Liqanın 2-ci turunun AZAL-la oyunundan sonra "Xəzər Lənkəran"ın bombardirlərinin siyahısında dəyişiklik olub. Azerisport.az xəbər verir ki, bu matçda 2 dəfə fərqlənən Emeka Opara 10 qol həddini aşanlara qoşulub.
Əvvəl 10-cu, sonra 11-ci qolunu vuran nigeriyalı hücumçu "Xəzər Lənkəran" formasında ikirəqəmli qol sayına malik 15-ci futbolçu olub. Ona qədər yalnız 14 nəfər minimum 10 qol vurmuşdu. Hazırda bu siyahıda Junior Osvaldo ilə 14-cü yeri bölüşdürən Opara hələ də komandada çıxış edən oyunçular arasında yalnız Rahid Əmirquliyev və Alim Qurbanovdan geri qalaraq 3-cü pillədədi.
1. Zaur Ramazanov - 44
2. Samir Əliyev - 34
3. Mario Souza - 26
4. İvan Çvetkov - 24
5. Rahid Əmirquliyev - 18
6. Rəşad Abdullayev - 18
7. Vüqar Nadirov - 18
8. Oqtay Dərəlioğlu - 18
9. Allan Lalin - 14
10. Edmond N'Tiamoa - 13
11. Alim Qurbanov - 12
12. Emin Quliyev - 12
13. Uinston Parks - 12
14. Junior Osvaldo - 11
15. Emeka Opara – 11
