17 avqust 2011 20:23
Qarabağ Kəpəzlə oyuna itkilərlə hazırlaşır
“Qarabağ” “Kəpəz”lə oyunun hazırlıqlarına başlayır. Azerisport.az xəbər verir ki, bazar günü Premyer Liqanın 2-ci turunda ilk oyununa çıxan komanda bazar ertəsi bədən rahatlaşdırıcı terapiya ilə kifayətlənmişdisə, dünən komandada “bankirlər”ə mücadilədə meydanda az olanlar 90 dəqiqə məşq edib.
Bu gündən etibarən isə bütün futbolçuların iştirakıyla gəncəlilərlə oyuna hazırlaşıb. Türkiyədə müalicəsi davam edən Vüqar Nadirovla yanaşı “İnter”lə oyunda sıradan çıxan Zaur Həşimovun “Kəpəz”lə oyunu buraxacağı məlumdu. Nderim Nedzipiylə Emin İmaməliyev də dizində bir qədər ağrı hiss etsə də, makedoniyalı bu gün komandayla məşqə çıxıb. Eminin sağalması üçün isə 2 günə ehtiyacı var.
Digər zədəlilər Rəşad Sadiqov, Maksim Medvedev və Əfran İsmayılov isə məşqlərə başlayıb. Son adı çəkilənlərin taleyinə məşqlərdə aydınlıq gələcək.
