18 avqust 2011 03:58

Super El Klasiko dava və Barcelonanın qələbəsiylə bitdi (YENİLƏNİB)

Bu gün dünyanın ən böyük oyunlarından biri baş tutub. Azerisport.az xəbər verir ki, nəinki İspaniya, eləcə də dünya futbolunun iki ən böyük komandası hesab olunan “Real” və “Barcelona” ölkə Superkubokunda üz-üzə gəlib.
 
Qeyd edək ki, cavab qarşılaşması “Nou Kamp” stadionunda keçirilirdi. Bu komandalar arasında 3 gün əvvəl “Santyaqo Bernabeu”da baş tutan ilk oyun 2:2 hesabı ilə başa çatmışdı. Bu səbəbdən kuboku qazanmaq üçün “Barcelona”ya istənilən hesablı qələbə ilə yanaşı, 0:0 və 1:1 hesablı heç-heçə də sərf edirdi. “Real” isə ya qələbə qazanmalı, ya da 3:3 və daha böyükhesablı heç-heçə etməliydi. 2:2 hesablı bərabərlik qarşılaşmanı əlavə vaxta aparacaqdı.
 
Lakin qalib elə 90 dəqiqə ərzində müəyyənləşdi. "Real" 2 dəfə geriyə düşdüyü görüşdə hesabı bərabərləşdirsə də, sonda meydan sahiblərinin qələbə qolunu vurmasına mane ola bilmədi.
 
Görüşün son dəqiqəsi isə yumruq davasına çevirildi. Fabreqasa qarşı kobudluqdan sonra iki komandanın futbolçuları və məşqçiləri yumruq davasına başladı. Hakim "Real"dan Marselo və ehtiyat oyunçular skasiyasında oturan Məsut Özili, "Barselona"dan isə David Vilyanı meydandan qovdu.
 
Qeyd edək ki, ötən mövsümün sonunda ard-arda 4 “El Klasiko” oynayan nəhənglərdən “Barcelona” İspaniya çempionluğunu və Çempionlar Liqasını, “Real” isə “Kral Kuboku”nu qazanmışdı.
 
İspaniya Superkuboku
Cavab oyunu
17 avqust
 
Barcelona – Real - 3:2 (2:1)
Qol: İnyesta, 15 (1:0), Ronaldo, 20 (1:1), Messi, 45 (2:1), Benzema, 82 (2:2), Messi, 88 (3:2).
Barselona. “Nou Kamp” stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.