17 avqust 2011 00:52
Yuran afrikalıları birbaşa müqaviləyə çağırdı
“Simurq” yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun baş məşqçisi Sergey Yuran bir neçə futbolçuya dəvət göndərib.
Rusiyalı mütəxəssis Qana, Kamerun və Pribaltika ölkələrindən oyunçuların yolunu gözləyir. Onların ən yaxın günlərdə ölkəmizə gəlməsi gözlənilir.
Özü də Yuran onları baxışa yox, birbaşa müqavilə imzalamağa çağırıb.
