17 avqust 2011 12:24
Millimiz Sumqayıt Şəhər üzərində qələbə qazandı
Bakı şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.azxəbərverirki, Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində “Sumqayıt Şəhər”klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 4:1 hesabı ilə qələbə qazanıb.
U-17-nin heyətində Adil Nağıyev dubl edib. Hərəyə bir dəfə isə Namiq Ələsgərov və Kamran Abdullazadə fərqlənib.
