18 avqust 2011 13:33
AFFA rəhbərliyi milli üzvləri ilə görüşdü (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması avqustun 22-dən 28-nə qədər Litvanın Palanqa şəhərində təşkil olunacaq ənənəvi beynəlxalq turnirdə iştirak edəcək. Azerisport.az xəbər verir ki, yığmamız turnirə hazırlığını Sumqayıt şəhərində davam etdirir.
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda U-17-nin məşqini izləyib. Məşq başa çatdıqdan sonra baş katib komandanın üzvləri ilə görüşüb. Hər bir turnirdə yüksək səviyyədə çıxış etməyin vacibliyini bildirən Elxan Məmmədov, komandamıza Palanqa turnirində uğurlar arzulayıb. U-17-nin baş məşqçisi Təbriz Həsənov komandaya yaratdığı yüksək səviyyəli şəraitə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.
