18 avqust 2011 13:41
Azərbaycan millisi üçün iki sınaqçı rəqib
Xəbər verdiyimiz kimi, futzal üzrə Azərbaycan milli komandası Latviyanın paytaxtı Riqada təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində millimiz iki yoldaşlıq oyunu keçirəcək.
Futzalçılarımız avqustun 21-də “Nikars” klubu ilə qarşılaşacaq. Avqustun 23-də isə millimizin Latviya yığması ilə yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.
