18 avqust 2011 01:40
Millimizin forvardı Sivassporun sifariş ərizəsində (FOTO)
Azərbaycanın gənclərdən ibarət yığmasının forvardı Cihan Özkara Türkiyənin “Sivasspor” klubunun növbəti mövsüm üçün sifariş ərizəsinə daxil edilib. Azerisport.az xəbər verir ki, o, növbəti mövsümdə Superliqada meydana çıxmaq şansı qazanıb.
Buna daha çox savaşlıların aparıcı forvardı Mehmet Yıldızın “Eskişehirspor”a keçidi şərait yaradıb. Belədə millimizin üzvü “Sivasspor”un əsas heyətində daha çox görünə bilər.
Qeyd edək ki, Cihan Özkara millimizin yeni “tapıntı”larındandı. O, U-21-in Estoniya ilə bu yaxınlardakı yoldaşlıq oyununda (3:1) dubla imza atmışdı.
