18 avqust 2011 13:52

Barcelona – Real matçında kütləvi dava (VİDEO)

Futbol üzrə İspaniya Superkubokunda “Barcelona” və “Real” (Madrid) klubları arasında keçirilən oyunda dava düşdüyünü xəbər vermişdik. Azerisport.az xəbər verir ki, hər şey “Real”ın oyunçusu Marselonun “Barcelona”nın yeni transferi Sesk Fabreqasa qarşı çox kobud fənd işlətməsindən sonra başlayıb.
 
Marselo qırmızı kart alsa da, bundan sonra meydançada iki komandanın oyunçuları və məşqçiləri arasında dava düşüb. Hakim davada iştirak edən Məsud Özil (“Real”) və David Vilyanı (“Barcelona”) da meydandan qovub.
 
Bundan sonra “Real”ın baş məşqçisi Joze Maurinyo arxadan yaxınlaşaraq “Barcelona”nın baş məşqçisi Xosep Qvardiolanın köməkçisi Tito Vilanovun qulağını dartıb. Buna cavab olaraq Vilanova geriyə çevrilərək Mourinyonu itələyib. Mourinyo sonradan iddia edib ki, Vilanovanın kim olduğunu bilməyib. Onun bu açıqlaması Qvardiolanın qəzəbinə səbəb olub. “Barsa”nın baş məşqçisi bildirib ki, Mourinyo ən xırda nəzakət hisslərini belə unudur: “O, Vilanovanın kim olduğunu bilməyə borcludu. Axı mən onun köməkçisini yaxşı tanıyıram”.
 
Xatırladaq ki, “Barcelona” iki oyunun nəticəsinə uyğun olaraq 5:4 hesabı ilə qalib gələrək üçüncü dəfə dalbadal İspaniya Superkubokunu qazanıb.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.