18 avqust 2011 14:01
Qazaxıstan yığmasında millimizlə oyun öncəsi şad xəbər
Qazaxıstan yığmasının kapitanı Andrey Karpoviç uzun müddətli zədədən sonra sıraya dönüb. Azerisport.az xəbər verir ki, o, böyük fasilədən sonra artıq ölkə çempionatında oyuna da çıxıb.
Qazaxıstan mətbuatının iddiasına görə, baş məşqçi Miroslav Beranek yığmanın növbəti toplanışına onu da dəvət edəcək. Belədə, Karpoviçin yığmamıza qarşı forma geymək şansı olacaq.
Qeyd edək ki, Qazaxıstan AÇ-2012-nin seçmə mərhələsində yığmamızın rəqiblərindəndi. Astanada keçirilən oyunda millimizə qalib gələn (2:1) Qazaxıstan sentyabrın 6-da Bakıda cavab matçına çıxacaq.
