18 avqust 2011 02:03
Qurban Qurbanov yeni transfer istəyir
“Qarabağ” hazırda ciddi kadr problemləri ilə üz-üzədi. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin hazırda ən azı 5 futbolçusu zədəlidi və komandaya kömək edə bilmir.
Artıq klub rəhbərliyi yeni transferlər haqda da düşünməyə başlayıb. Hər halda Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov saytımıza açıqlamasında belə deyir:
“Hazırda biz daha çox yerli futbolçulara maraq göstəririk. Əgər yaxşı yerli futbolçu tapa bilsək, niyə də onu heyətimizə qatmayaq? Yalnız 10% mümkündü ki, “Qarabağ”a yeni legioner gəlsin. Hazırkı heyətə gəlincə, Əfran İsmayılovla Rəşad Sadiqov tezliklə sıraya dönməlidilər. Maksim Medvedev, Vüqar Nadirov, Zaur Həşimovla bağlı vəziyyət isə ağırdı. Onların qısa zaman kəsiyində yaşıl meydanlara qayıtmasına ümid edə bilmərik. Hər halda növbəti oyunlara 11 futbolçu tapa biləcəyik”.
