18 avqust 2011 02:15
Ardasız Galatasaray Olimpiakosla bacarmadı
Türkiyənin "Galatasaray" klubu mövsümlərarası fasilədə növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, İstanbul klubu Afinada Yunanıstanın ən köklü klubu "Olimpiakos"la qarşılaşıb.
Matç "Galatasaray" üçün yaxşı başlamayıb və 1-ci dəqiqədə Fernando Muslera ilə qarşı-qarşıya qalan Kevin Miralyas dəqiq zərbə ilə topu tora qovuşdurub. Bu boyunda yegənə qol olub və "sarı-qırmızılar" Yunanıstandan məğlub qayıtmalı olub.
Qeyd edək ki, oyun Afinadakı 33 min yerlik "Karaiskakis" stadionunda keçirilib. Qarşılaşmanı 15 min azarkeş izləyib. "Galatasaray"ın uruqvaylı qapıçısı Farnando Muslera yeni komandasında debüt edib. Eyni zamanda komanda ilk dəfə Arda Turansız meydana çıxıb.
