18 avqust 2011 02:27

Zeynal Məmmədov: Bakı`da heç bir çaxnaşma yoxdu

“Çempionat yeni başlayıb. Düzdü, iki tur arxada qalıb. Amma komandadan gözlədiyimiz oyunu hələ görə bilmirik. Amma həvəsdən düşmək olmaz". Azerisport.az xəbər verir ki, bu sözləri "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov deyib.
 
Klub rəsmisi "Simurq"a qalib gəlməli olduqlarını bildirib: "Qəbələ" elə bir rəqib idi ki, onunla heç-heçə etmək olardı. Ancaq biz "Simurq"u udmalı idik. Futbolçular özləri də təsdiq edir ki, oyunları alınmayıb. Qarşıda "İnter"lə oyun var. Daha yaxşı köklənib, bu qarşılaşmaya hazırlaşmaq lazımdı. Hələ heç nə itirilməyib, oynamaq lazımdı. Komandanın oyununda düzəlişlərin olacağına, öz oyununu tapacağına ümidimiz böyükdü".
 
Zeynal Məmmədov bütün məsuliyyətin baş məşqçinin üzərində olduğunu deyib: "Yeni kollektiv qrulub. Rəhbərlik olaraq komandanın işinə müdaxilə etmirik. Hər şeyi buraxmışıq məşqçilərin öhdəsinə, hər şeyə o, cavabdehdi. Çalışırıq ki, klubun işləri peşəkar səviyyədə qurulsun. Hər şey baş məşqçiyə həvalə olunub. Rəhbərliyin müdaxiləsi qeyri-mümkündü. Bizdən nə asılıdısa, onu da yerinə yetiririk. Baş məşqçi təlim-məşq toplanışı, oyunçuların seçimi ilə bağlı planları hazırlayıb bizə təqdim edir. Düzdü, rəhbərliyin də üzərinə məsuliyyət düşür. Amma komandaya birbaşa baş məşqçi cavabdehdi. Fikrimcə, ona işləməyə imkan vermək lazımdı".
 
Məmmədov "Bakı"nı siyahıdan silməyin tez olduğunu bildirib: "Hamı bilsin ki, "Bakı" var. Əgər hər şeyi "Simurq"la oyunla götürürlərsə, onlar çox yanılırlar. Hər bir komandanın belə oyunu ola bilər. "Bakı" öz gücünü göstərəcək. Komandamız yenə çempionluğa və kuboka oynayır. Klubda heç bir çaxnaşma yoxdu. Fikrimcə, baş məşqçiyə və oyunçulara özlərini toparlamaq üçün vaxt vermək lazımdı".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.