18 avqust 2011 14:35
Bernard Lippert: Araz PAOK-da oynaya bilər
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Bernard Lippert hesab edir ki, Araz Abdullayev özünü Yunanıstan PAOK-unda yaxşı tərəfdən göstərə bilər. Azerisport.az saytına müsahibəsində almaniyalı mütəxəssis İngiltərənin “Everton” klubuna məxsus olan həmyerlimizin şanslarını belə dəyərləndirib:
“Mən Arazı çox yaxşı tanıyıram. Bilirəm ki, o, nəyə qadirdi, necə oynaya bilər. Ona öz oyununu sabitləşdirmək lazımdı. Araz böyük istedaddı. Hər halda “Everton”a hər futbolçunu dəvət etməzdilər. PAOK-a keçidi onun üçün irəliyə doğru böyük bir addım ola bilər. Hər halda Yunanıstan çempionatı öz fəallığına görə daha məşhur birinciliklərdəndi.

Araza onu başa düşə bilən məşqçi lazımdı. Son dövrlər o, bir çox mütəxəssislərin rəhbərliyi altında çıxış edib. İndi isə ona sakit atmosferdə inkişaf etmək lazımdı”.