18 avqust 2011 15:16
Aleksandr Starkov: Bunu hamı dərk etməlidi
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 3-cü turunun “İnter”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, paytaxt derbisi ilə bağlı bunları dilə gətirib:
"İnter" güclü və təcrübəli komandadı. Biz bu oyuna böyük önəm veririk. Hazırlığımızı ən yüksək səviyyədə aparırıq. Rəqibi öyrəniriik, "İnter" barədə kifayət qədər məlumatımız var. Onların oyunçularını tanıyırıq və bu işləri davam etdiririk.
Ümid edirəm ki, heyəti daha da gücləndirəcəyik. Yeni futbolçuların gəlişi gözlənilir. Bu barədə fikir mübadiləsi aparılıb və qərar verilib. Yeni futbolçularımızın faydalı olacağına inannıram. Futbolçu qələbədən sonra eyforiyaya düşməməlidi, yaxud da uğursuzluqdan ağlayıb-sızlamamalıdı. Futbolçular və məşqçilər öz məsuliyyətlırini dərk etməlidilər. Biz böyük hədəfləri olan iddialı bir klubun nümayəndələriyik. Bunu hamı dərk etməlidi.
Biz mətbuata açıq komandayıq. Bütün məşqlərimiz açıq keçirilir. Komandanı izləmək istəyində olan mətbuat nümayəndələri məşqlərimizdə iştirak edə bilərlər. Bu, bizim işimizin bir parçasıdı. İcitmaiyyəti məlumatlandırmaq, mətbuatı maraqlandıran sualları cavablandırmaq, azarkeşlər qarşısında hesabat vermək bizim peşəkar faəliyyətimizin bir hissəsidi. Komandamız mətbuata və azarkeşlərlə təmaslara açıqdı. "İnter"lə oyun əvvəli azarkeşlərimizə üz tuturam: komandamızın sizin dəstəyinizə ehtiyacı var. "İnter"lə oyunda bizimlə olun, əlimizdən gələni edəcəyik ki, sizi sevindirək”.
