18 avqust 2011 15:31
Toni Adams: Arşavin nə vaxtsa Qəbələyə keçəcək
“Qəbələ”nin baş məşqçisi Toni Adams maraqlı açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, bölgə klubunun britaniyalı çalışdırıcısı İspaniya “Barcelona”sının Sesk Fabreqası “Arsenal”dan almasını ispanlar üçün doğru addım, onun satılmasını isə keçmiş klubunun səhvi hesab edir:
“Mən də belə oyunçuyla məmnuniyyətlə müqavilə imzalardım. “Arsenal”da Andrey Arşavin də əla futbolçudu. Ola bilər ki, nə vaxtsa o “Qəbələ”yə keçsin” – deyə, Adams saytımıza müsahibəsində qeyd edib.
