18 avqust 2011 15:52
Neftçinin forvardı əməliyyat olundu
"Neftçi"nin futbolçusu Ruslan Qurbanov əməliyyat olunub. Azerisport.az xəbər verir ki, Almaniyada olan əməliyyat müvəffəqqiyyətlə baş tutub.
Hücumçu avqustun 19-da Bakıya dönəcək.
Xatırladaq ki, Qurbanov 21 yaşadək yığma komandalar arasında keçirilən Estoniya - Azərbaycan yoldaşlıq görüşündə dizindən ciddi zədə almışdı. Bu üzdən də onun əməliyyatı AFFA tərəfindən həyata keçirilib.
