18 avqust 2011 16:24

Toni Adams: Arzuladığım Qəbələni gələn mövsüm görəcəksiz

“Qəbələ”nin baş məşqçisi Toni Adams azerisport.az saytına müsahibəsində yeni mövsümə startdan, qarşıdan gələn AZAL ilə oyundan və yeni transferlərdən danışıb.

- Komandanızın mövsümə startından razısız?
- Bəli. Tamamilə. Ötən mövsümlə müqayisə etdikdə isə yerlə göy qədər. O vaxt bizim iki turdan sonra heç bir xalımız da yox idi. Özü də təkcə bu baxımdan yox, oyun keyfiyyəti cəhətdən də çox böyük irəliləyiş var. Amma bizi hələ çox uzun bir yol gözləyir.
 
- Komandanız ikinci pillədədi. İki turdan sonra məhz bunu planlaşdırırdız?
- Xeyr. Bizim bu məsələ ilə bağlı daha geniş yanaşmamız var. Mənim məqsədim avrokuboklara düşməkdi. Biz hazırda Azərbaycanı avrokuboklarda təmsil edəcək səviyyədəyik. Odu ki, hər şeydən önəmli olan 32 turdan sonra həmin pillədə qalmaqdı.
 
- “Sumqayıt Şəhər”lə oyununuzda 15 yaşlı futbolçunun qol vurmasına mane ola bilməyən oyunçunuza nə dediniz?
- Vurğun Hüseynov uzaq küncü qorumağa borclu idi. Adətən, o, belə səhvlər buraxmır. Vurğun komandamızın ən yaxşı müdafiəçilərindən biridi. Oyundan sonra o, bunun əvəzini artıqlamasıyla çıxacağına söz verdi.
 
- Qarşıda AZAL və “Qarabağ”la ciddi oyunlarınız var. Yetirmələriniz belə sınaqlara hazırdı?
- “Qarabağ” haqda hələ düşünmürük. Bütün fikirlərimiz AZAL ilə matça yönəlib. Çox ciddi sınaq olacaq. Rəqibin heyətində kadr problemləri var. Lakin bildiyimə görə, bizimlə oyuna optimal heyətlə çıxa biləcəklər. Çətin olacaq.

- Yeri gəlmişkən, qorxmursuz ki, “Bakı” kimi AZAL da sizinlə oyunda 1 xal üçün oynasın və xal itirəsiz?
- Ola bilər ki, rəqibimiz müdafiədən oynasın. Amma bu, bizim üçün bir üstünlükdü. Deməli, onlar “Qəbələ”dən qorxurlar, hörmət edirlər.
 
- Biz nə vaxt sizin arzuladığınız “Qəbələ”ni görə biləcəyik? Yoxsa artıq indiki oyun sizi qane edir?
- Ola bilsin ki, növbəti mövsümdə. Hansı ki, mən komandaya yeni futbolçular gətirəcəm. Amma ötən ilki komanda ilə müqayisədə biz hazırda ideala daha yaxınıq.
 
- Transfer pəncərəsinin bağlanmasına az vaxt qalıb. Yeni oyunçular alacaqsız?
- Ola bilər iki yeni legioner alaq, ola bilər yox. Hər halda bu mövsümkü vəzifənin öhdəsindən gələ biləcək heyətim var.

- Mahir Şükürovun kapitanlığını necə qiymətləndirərdiniz?
- Mən öz kapitanımdan çox razıyam.
 
- Keçmiş komandanızın - “Arsenal”ın Çempionlar Liqasında “Udinese” üzərində qazandığı qələbə ilə (1:0) bağlı fikirləriniz də maraqlıdı...
- Londonluların oyununu şərh etmək istəmirəm. Mən “Qəbələ”nin baş məşqçisiyəm və bütün fikirlərim AZAL ilə oyuna yönəlib.
 
- Bəs Sesk Fabreqasın “Arsenal”dan “Barcelona”ya keçidini necə qarşıladınız?
- Ancaq onu deyə bilərəm ki, imkanım olsaydı, mən də belə futbolçu ilə müqavilə bağlardım.

- Yeri gəlmişkən, Azərbaycanla isti münasibətlərə malik Arşavini “Qəbələ”yə gətirmək fikriniz yoxdu?
- Kim bilir, ola bilər ki, bir gözəl gündə o, “Qəbələ”yə keçdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.