18 avqust 2011 16:30
Qarabağ imtina etdi, Simurq aldı
“Qarabağ” Latviya millisinin futbolçusu Andrey Rubinlə yollarını rəsmən ayırıb. Azerisport.az xəbər verir ki, bu haqda məlumatı klubun rəsmi saytı yayıb.
“Qarabağ” Avroliqada xidmətindən istifadə etmədiyi futbolçu ilə anlaşmasını pozaraq, ona sərbəst agent statusu verib. Bununla da Andrey “transfer pəncərəsi” bağlanana kimi hansısa kluba keçə bilərdi. Artıq onun “Simurq”la anlaşdığı bildirilir.
Qeyd edək ki, Rubin ötən ilin yayında, avrokuboklar ərəfəsində “Qarabağ”a “İnter”dən transfer olunmuşdu. Bir müddət sonra o, zədələnərək sıradan çıxmışdı. Bundan sonra heyətə qayıdan latviyalı futbolçunun oyunu isə baş məşqçi Qurban Qurbanovu qane etmirdi.
Bu çempionat başa çatandan sonra Qurbanovun “qara siyahısı”na düşən Andrey Rubinin adı Avroliqada iştirak üçün UEFA-ya və çempionat oyunlarına görə PFL-ə göndərilən sifariş ərizəsinə salınmamışdı.
