18 avqust 2011 17:26
Evertonun Arazı PAOK-a icarəyə verməsinin əsl səbəbi
İngiltərənin “Everton” klubunun Azərbaycan yığmasının şərəfini qoruyan yarımmüdafiəçisi Araz Abdullayevi Yunanıstan PAOK-una verməsinin əsl səbəbi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Liverpul klubu bununla futbolçusunun daha çox oyun təcrübəsi qazanması məqsədi güdür.
Xəbər verdiyimiz kimi, Araz millimizin son bir ildəki oyunlarının 75 faizində iştirak edə bilmədiyindən, İngiltərədə ona işçi vizası verilmir. Bu üzdən də “Everton” müqavilə ilə ona məxsus olan həmyerlimizin xidmətindən yararlana bilmir. Abdullayevin icarəyə verilməsi də məhz onun oyun təcrübəsindən çox əziyyət çəkməməsi məqsədi daşıyır.
Qeyd edək ki, millimizin 19 yaşlı yarımmüdafiəçisinin xidmətində PAOK maraqlıdı və hazırda yunanlar İngiltərə klubu ilə danışıqlar aparıb, Arazı icarəyə götürməyə çalışırlar.
