19 avqust 2011 00:03
3 günlük 3-cü tur: Bakı, Qəbələ və Gəncədə prinsipial oyunlar
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, ilk iki turdan fərqli olaraq növbəti turun oyunları 3 günə keçiriləcək.
Belə ki, Peşəkar Futbol Liqası hər gündə iki oyun keçirməyə qərar verib. Bu üzdən də tura cümə günündə start veriləcək, bazar günündə isə yekun vurulacaq.
Hesabat turu Qəbələdə keçiriləcək "Qəbələ" – AZAL matçı ilə start götürəcək. Əliyar Ağayevin idarə edəcəyi görüşü turun ən maraqlı qarşılaşmalarından saymaq olar. Axı hər iki klub yeni mövsümdə qarşısına yüksək hədəflər qoyduğunu gizlətmir. Toni Adamsın komandası həyata keçirdiyi diqqətçəkən transferlərlə də bunu isbatladı. Bölgə təmsilçisinin ilk iki turdakı nəticəsi və hazırkı mövqeyi də (2-ci pillə) bundan xəbər verir. “Bakı” ilə heç-heçə edib, “Sumqayıt Şəhər”i məğlub etmiş “Qəbələ” indi evdə də 3 xal qazanmağı hədəfləyib. Lakin bu, onlara heç də asan başa gəlməyəcək. Çünki qarşıdakı rəqib elə ötən mövsümdən iddialılara əsl başağrı olan AZAL-dı. Komanda Elxan Abdullayevin rəhbərliyi altında çempionata inamlı başlasa da, səfərdə “Simurq” üzərindəki darmadağınla son turda özü üzləşdi. İndi “təyyarəçilər” həmin darmadağını unutdurmaq üçün ən azı Qəbələdən 1 xalla qayıtmalıdı. Axı Abdullayev də yüksək hədəflər üçün vuruşduqlarını dönə-dönə qeyd edir.
Cümə günü həm də "Simurq" - "Rəvan" matçı keçiriləcək ki, həmin görüş Fariz Yusifova tapşırılıb. Bu qarşılaşmanı bir növ autsayderlərin dueli kimi qiymətləndirmək olar. Amma austayderlər də olsalar, bu kollektivlərin duelinin maraqlı idman mübarizəsi şəraitində keçəcəyini proqnozlaşdırmaq olar. Ən azı ona görə ki, ilk iki turda məğlub olan “Rəvan” nəhayət bu dəfə ilk xalını və ya xallarını qazanmağa çalışacaq. Son turda iddialı “Bakı”dan səfərdə xal almaqla hamını təəccübləndirən Sergey Yuranın “Simurq”u isə doğma meydanda yenidən uduzana oxşamır. Hər halda heyətini yenilərlə gücləndirməkdə davam edən Zaqatala klubu da bu dəfə heç də iddialı olmayan rəqibi üzərində ilk qələbəsini rəsmiləşdirməyə çalışacaq.
Şənbə günü də maraqlı görüşlər baş tutacaq. Öncə "Xəzər Lənkəran" - "Turan" matçı, daha sonra isə "İnter" - "Bakı" qarşılaşması oynanılacaq. Elçin Məmmədovun idarə edəcəyi Lənkərandakı görüşdə lider XL zirvədəki təkhakimiyyətliliyini qorumağa çalışacaq. Bunun üçün Mirça Rednikin komandası mütləq ilk iki oyunda olduğu kimi, rəqibini məğlub etməlidi. Çempionata bütün rəqiblərindən yaxşı start verən “ağ-yaşıllar” bu dəfəki qonağını da “layiqincə” yola salacaq gücdədi. Lakin nəzərə alsaq ki, rəqib müdafiə futbolunun əsas tərəfdarlarından olan Əsgər Abdullayevin çalışdırdığı “Turan”dı, hər şey gözləməyə dəyər. Hansı ki, son turda Tovuz klubu hətta erkən qol buraxdığı “Kəpəz”lə oyunda gözlənilməz əmzkar qələbəyə imza atdı.
Lənkərandakı görüşdən fərqli olaraq, paytaxt derbisi ilə bağlı ümumiyyətlə proqnoz vermək çox çətindi. Ramil Diniyevə həvalə olunan bu görüşdə ola bilsin ki, meydan amilinə görə üstünlüyü az-çox “İnter”ə vermək olar. Amma bütövlükdə, hər iki klub eyni səviyyədə, vəziyyətdədi və aşkar favorit yoxdu. “İnter” yeni mövsümdəki ilk ev oyununda “Turan”ı çətinliklə yendi, son turda isə səfərdə “Qarabağ”a uduzdu. “Bakı” isə ümumiyyətlə, qələbə üzünə həsrətdi. Aleksandr Starkovun komandasının yeni mövsümün ilk turundakı “Qəbələ” ilə heç-heçəsini hardasa normal saymaq olardı. Amma son turda “Simurq”la ev oyununda hətta penalti qazanmasına rəğmən, meydandan bir xalla ayrılan “zolaqlılar” bir qədər psixoloji təsir altındadılar. Məhz bu məqam qonaq komandanın işini daha da çətinləşdirir. Düzdü, “bankirlər” də son turda uduzublar və bu dəfə də eyni aqibəti yaşamaq istəməyəcəklər. Hər halda paytaxt derbisində güzəştsiz bir mübarizə izləyəcəyimiz dəqiqdi.
3-cü tura bazar günü yekun vurulacaq. Əvvəlcə "Kəpəz" "Qarabağ"ı qəbul edəcək. Gəncədəki görüş Anar Salmanova tapşırılıb. Bu görüşdə meydan sahibləri son turdakı “Turan”a məğlubiyyəti unutdurmağa çalışacaqlar. Mehman Allahverdiyevin yetirmələri ilk turda “Rəvan” üzərindəki əzmkar qələbənin davamını gətirməyi hədəfləyirlər. Lakin bu, heç də asan olmayacaq. Çünki rəqib qarşısına yeni mövsümdə çempionluq hədəfini qoymuş “Qarabağ”dı. Düzdü, ağdamlıların heyətində ən azı 5-6 aparıcı futbolçu zədədən əziyyət çəkir və Gəncədəki oyunu buraxacaq. Lakin nəzərə alsaq ki, Qurban Qurbanovun komandası belə yarımcan heyətlə “İnter”ə ötən tur qalib gəlmişdi, deməli, “Kəpəz”i də çətin oyun gözlədiyi dəqiqdi.
Ən nəhayət, hesabat turunun son matçında çempion "Neftçi" debütant "Sumqayıt Şəhər"lə görüşəcək. Mərkəzi arenada baş tutacaq oyuna baş hakim Rauf Cabbarov təyin olunub. Bu görüşdə artıq indidən “ağ-qaralar”ın qələbəsini proqnozlaşdırmaq olar. Düzdü, Bernard Raabın gənclərdən qurulmuş komandası ilk iki oyunda rəqiblərinə ciddi müqavimət göstəriblər, hətta qol da vurublar. Lakin həm “Xəzər Lənkəran”, həm də “Qəbələ” ilə görüşlərdə məğlub olan Sumqayıt təmsilçisinin “Neftçi”yə də ciddi problem yaratması inandırıcı görünmür. Böyükağa Hacıyevin komandası ötən tur “Rəvan”la qarşılaşmada olduğu kimi, yenə 3 xalı hesabına yazmağa yaxındı.
Premyer Liqa
3-cü tur
19 avqust
Qəbələ - AZAL
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, Azər Əsgərov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Qəbələ. Şəhər stadionu. Saat 17:00.
Simurq - Rəvan
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Samir Hacıyev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Zaqatala. Şəhər stadionu. Saat 20:00.
20 avqust (şənbə)
Xəzər Lənkəran - Turan
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Akif Məmmədov.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 19:30.
İnter - Bakı
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Rahil Ramazanov, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. "Şəfa" stadionu. Saat 21:00.
21 avqust (bazar)
Neftçi - Sumqayıt Şəhər
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Elman Musayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00.
Kəpəz - Qarabağ
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Mübariz Haşımov, Elnur Muradov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Əli Hüseynov.
Gəncə. Şəhər stadionu. Saat 17:00.
|
1
|
XL
|
2
|
2
|
0
|
0
|
5-1
|
6
|
|
2
|
Qəbələ
|
2
|
1
|
1
|
0
|
2-1
|
4
|
|
3
|
Turan
|
2
|
1
|
0
|
1
|
3-2
|
3
|
|
4
|
Neftçi
|
1
|
1
|
0
|
0
|
1-0
|
3
|
|
5
|
Qarabağ
|
1
|
1
|
0
|
0
|
1-0
|
3
|
|
6
|
AZAL
|
2
|
1
|
0
|
1
|
3-3
|
3
|
|
7
|
İnter
|
2
|
1
|
0
|
1
|
1-1
|
3
|
|
8
|
Kəpəz
|
2
|
1
|
0
|
1
|
4-5
|
3
|
|
9
|
Bakı
|
2
|
0
|
2
|
0
|
0-0
|
2
|
|
10
|
Simurq
|
2
|
0
|
1
|
1
|
0-3
|
1
|
|
11
|
Rəvan
|
2
|
0
|
0
|
2
|
2-4
|
0
|
|
12
|
SŞ
|
2
|
0
|
0
|
2
|
2-4
|
0
|
Bombardirlər:
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran)
2 - Sergey Artyux (Turan), Zohair Benouahi (AZAL).
2 - Sergey Artyux (Turan), Zohair Benouahi (AZAL).
