19 avqust 2011 21:52

Qəbələ AZAL-la, Simurq Rəvanla sülh bağladı (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Hesabat turu Qəbələdə keçirilən "Qəbələ" – AZAL matçı ilə start götürüb. Əliyar Ağayevin idarə etdiyi görüşü turun ən maraqlı qarşılaşmalarından saymaq olardı. Qarşılaşmanın ilk dəqiqələrindən azlıqda qalan meydan sahibləri bu görüşdə sadəcə 1 xal qazana biliblər. Bu gün həm də "Simurq" - "Rəvan" matçı keçirilib. Autsayderlərin duelində də qalibi müəyyənləşdirmək mümkün olmayıb.
 
Premyer Liqa
3-cü tur
19 avqust
 
SİMURQ – RƏVAN - 1:1 (0:0)
Qollar: Elçin Xəlilov, 82 (1:0), Ramazan Abbasov, 90+3 (1:1)
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Samir Hacıyev, Rəhim Həsənov.
Zaqatala. Şəhər stadionu.
 
Oyun başladı
Hər iki komanda ilk dəqiqələrdən ehtiyatlı oyuna üstünlük verirlər
Oyun daha çox meydanın mərkəzində keçir
İlk təhlükəli vəziyyəti meydan sahibləri yaratsalar da, İbrahimovun zərbəsində dəqiqlik çatışmır
Qonaqların heyətində Samuel Barlay və Georgi Qulordava daha fəaldı. Lakin onların canfəşanlığı hələlik qol gətirmir
Ötən tur zədə alaraq hətta xəstəxanaya aparılmalı olan kapitan Rasim Ramaldanov meydan sahiblərinin heyətində çox inamlı təsir bağışlayır
"Simurq" hissənin sonlarında təzyiqi artırır. Öncə Bağırov qapıçı ilə üz-üzə qalsa da, Kotenko qonaqları qoldan xilas edir
Az sonra Estoniya yığmasının qolkiperi "Rəvan"ı daha bir real qoldan xilas edir
Mikayılovun da zərbəsini qapışı dəf edir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Simurq" ikinci hissəyə də fəal başlayıb
Sergey Yuran ilk dəyişikliyə əl atır və Elçin Xəlilovu meydana buraxır
Meydan sahiblərinin təzyiqi getdikcə artır, amma hələlik qol yoxdu
Qonaq komanda ancaq əks-hücumlara bel bağlayır
Qonaq müdafiəçilər və qapıçı Kotenko hələ ki, meydan sahiblərinin təzyiqinə dözür
"Simurq" nəhayət ki, istəyinə çatır. Meydana sonradan daxil olan Elçin Xəlilov hesabı açır - 1:0
Hər kəs meydan sahiblərinin qələbə qazanacağını düşündüyü vaxtda səhnəyə çıxan Ramazan Abbasov son saniyələrdə hesabı bərabərləşdirir - 1:1
Oyun başa çatdı
 
QƏBƏLƏ - AZAL - 1:1 (0:1)
Qol: V.İbekoyi, 43 (0:1), D.Barton, 50 (1:1).
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, Azər Əsgərov, Vüsal Əliyev.
Qəbələ. Şəhər stadionu.
 
Oyun başladı
Komandalar oyuna ehtiyatlı başlayıblar və ilk dəqiqələr sakit keçir
7. Rəqib müdafiəçinin səhvi nəticəsində qapıçı ilə üz-üzə qalan V.Mendi C.Həsənzadə ilə mübarizədən məğlub ayrıldı
11. Mahir Şükürov ilə Z.Benuahi arasında gərginlik yaşanır və millimizin üzvü rəqibinə baş zərbəsi endirir
12. Hakim Mahirin bu hərəkətini bağışlamır və onu birbaşa qırmızı vərəqə ilə meydandan qovur
15. Azlıqda qalmasına baxmayaraq, meydan sahibləri hücumlarını davam etdirirlər
18. Cahangir Həsənzadə hələ ki, qapısında sayıq oynayır
23. Hüseyn Axundov qonaqları hesabda önə keçirməyə yaxın olsa da, əlverişli vəziyyəti dəyərləndirə bilmir
30. İlk yarım saat ərzində komandalar demək olar ki, sönük və baxımsız oyuna üstünlük verməkdədi
40. AZAL rəqibin azlıqda qalmasından demək olar ki, yararlanmır və qorxaq oyun sərgiləməyə davam edir
41. "Qəbələ" isə 10 nəfərlə də olsa, rəqibi təzyiqdə saxlamağa və qol vurmağa çalışır
43. AZAL nəhayət ki, əks-hücum zamanı İbekoyinin sayəsində hesabı açır - 0:1
44. Mendi az qala hesabı dərhal bərabərləşdirəcəkdi. Amma hər şey AZAL üçün yaxşı qurtardı
45. Həsənzadə komandasını daha bir real qoldan xilas edir
45. İlk yarıya bir dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. İlk yarıda zədələnən Ndukanı Mansur Limanı əvəzləyir
48. İkinci yarıya AZAL bir qədər fəal başlayır
50. L.Baraninin ənənəvi aut atışından sonra D.Barton hesabı bərabərləşdirir - 1:1
54. "Qəbələ" qoldan sonra daha da ruhlanıb və AZAL-ı qapısına sıxışdırıb
55. Limaninin uzaqdan zərbəsi təhlükəli, amma qeyri-dəqiqdi
58. AZAL-ın heyətində Kristian Ruis sarı vərəqə alır
59. Viktor Mendini Abdulkader Kamara əvəzləyir
60. Vurğun Hüseynov da sarı vərəqə alır
67. AZAL-da Tərlan Xəlilovu Nuqzar Kvirtiya əvəzləyir
73. AZAL-da Robert Petrovun əvəzində meydana Orxan Səfiyaroğlu daxil olur
80. Daniel Kruz meydan sahiblərini hesabda önə keçirməyə yaxın olsa da, son anda dəqiq oynamadı
83. Kristian Ruis qonaqları hesabda önə keçirir. Hakimlər öncə qolu hesaba alsalar da, sonradan qərarlarını yişirlər. Ruis topu əllə qapıdan keçirib
86. Təxminən 3 dəqiqəlik fasilə yaranır
86. Benuahi sarı vərəqə alır
90. Matçın əsas vaxtına 5 dəqiqə əlavə olunur
90+1. Meydan sahiblərinin heyətində Bartonu Murad Hüseynov əvəzləyir
Matç başa çatdı
 
Hesabat turunun qalan görüşləri şənbə və bazar günləri keçiriləcə: 20 avqust - Xəzər Lənkəran – Turan, İnter – Bakı; 21 avqust - Neftçi - Sumqayıt Şəhər, Kəpəz – Qarabağ.
 
 
1
XL
2
2
0
0
5-1
6
2
Qəbələ
3
1
2
0
3-2
5
3
AZAL
3
1
1
1
4-4
4
4
Turan
2
1
0
1
3-2
3
5
Neftçi
1
1
0
0
1-0
3
6
Qarabağ
1
1
0
0
1-0
3
7
İnter
2
1
0
1
1-1
3
8
Kəpəz
2
1
0
1
4-5
3
9
Bakı
2
0
2
0
0-0
2
10
Simurq
3
0
2
1
1-4
2
11
Rəvan
3
0
1
2
3-5
1
12
SŞ
2
0
0
2
2-4
0
 
 
Bombardirlər:
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran)
2 - Sergey Artyux (Turan), Zohair Benouahi (AZAL).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.