20 avqust 2011 22:54
Paytaxt derbisi yarımçıq qaldı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunun növbəti oyunları keçirilir. Azerisport.az xəbər verir ki, ilk oyun günündə olduğu kimi, bu gün də iki qarşılaşma baş tutacaq.
Öncə Lənkəranda "Xəzər Lənkəran" - "Turan" matçı, daha sonra isə paytaxtda "İnter" - "Bakı" qarşılaşması oynanılacaq. Elçin Məmmədovun idarə edəcəyi Lənkərandakı görüşdə lider XL zirvədəki təkhakimiyyətliliyini qorumağa çalışacaq. Paytaxt derbisində isə güzəştsiz bir mübarizə izləyəcəyimiz dəqiqdi.
Premyer Liqa
3-cü tur
20 avqust (şənbə)
İNTER – BAKI - 0:0 (0:0) (Matç başa çatmadan dayandırılıb)
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Rahil Ramazanov, Ceyhun Haşımov.
Bakı. "Şəfa" stadionu.
Oyun başladı
3. Karqbo zədələnir və buna görə oyunda qısa fasilə yaranır
7. "İnter" oyuna daha fəal başlasa da, hələlik ciddi qol epizodu yoxdu
8. Petar Zlatinovun zərbəsini Marko Şarliya tutur
11. Elnur Abdulov sarı vərəqə alan ilk futbolçu olur
12. Hələlik tərəflər daha çox meydanın mərkəzini ələ keçirmək uğrunda mübarizə aparırlar
17. "Bakı"nın cərimə zərbəsindən fərqlənmək istəyi baş tutmur
18. Matçda ən real qolvəziyyətini meydan sahibləri yaradırlar. Lakin Enyo Krastovçevin yaxın məsafədən baş zərbəsini Şarliya əla reaksiya ilə qayrarır
22. P.Zlatinov da sarı vərəqə alır
28. Tərəflər demək olar ki, qapılar qarşısında təhlükəli vəziyyətlər yarada bilmirlər
31. Denis İvanov da sarı vərəqə ilə cəzalanır
36. "İnter"in künc zərbəsindən fərqlənmək istəyi baş tutmur
38. Zlatinov hesabı açmağa yaxın olsa da, rəqib müdafiəçi topu kornerə çıxarır
40. Təhlükəli nöqtədə Parksa qarşı qayda pozuntusu və cərimə zərbəsi
41. Rəhman Hacıyevin yerinə yetirdiyi zərbə qeyri-dəqiqdi
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. Asif Məmmədov da sarı vərəqə alan futbolçuların sırasına qoşulur
48. E.Krastovçev cərimə meydançasında əllə oyuna görə sarı vərəqə alır və meydan sahiblərinin qapısına penalti təyin olunur
49. Aleksandr Soliç penaltini dəqiqə yerinə yetirə bilmir. Lomaya zərbənin istiqamətini dəqiq müəyyənləşidrir
50. Asif Mirili də sarı vərəqə alır
50. "Bakı" "Simurq"la oyunda olduğu kimi, yenə penaltini boşa verir. Bu komanda yeni mövsümdə qol hesabını aça bilmir ki, bilmir
59. "Bakı"da Soliçi Vilson Junior əvəzləyir
62. "İnter"də isə Elnur Abdulovun əvəzində meydana Nizami Hacıyev daxil olur
76. R.Hacıyevin əvəzində mydana Əziz Quliyev daxil olur
77. Krastovçev yerini Baçana Tsxadadzeyə verir
79. Çesnauski də sarı vərəqə alır
83. "Bakı"da son əvəzləmə: Oyun ərzində demək olar ki, heç nə ilə yadda qalmayan Maris Verpakovskini Nurlan Novruzov əvəzləyir
87. Son dəqiqələr qol vəziyyətləri baxımından ümumiyyətlə kasaddı
88. "Bakı"nın yerinə yetirdiyi korner təhlükəli olsa da, Lomaya çıxışda səhvsiz oynayır
89. Abramidze də sarı vərəqə alır
90. Bu görüşdə Ramil Diniyev vərəqələri sağa-sola paylamaqla məşğuldu. Onlardan çoxu - altısı isə meydan sahiblərinin payına düşüb
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+2. Lomaya cərimə meydançasında topu tutarkən ayağı Nurlan Novruzovun sinəsinə dəyir. Bu, futbolçular arasında gərginlik yaradır
Yan xətt hakimi ilə danışan baş hakim Diniyev isə Lomayanı birbaşa qırmızı vərəqə ilə meydandan qovur və penalti təyin edir
Bu, hər iki klubun ehtiyat oyunçular skamyasının, klub rəsmilərinin də davasına səbəb olur. Klub rəsmlləri meydandadılar. Polislər onların dalaşmasına imkan verməməyə çalışırlar.
Georgi Nikolov komandasını meydandan çıxarır. Tsxadadze də meydanı tərk edir
90+8-ci dəqiqədə hakimlər də meydanı tərk edirlər
"Bakı" futbolçuları isə hələ də meydandadırlar. Ən sonda onlar da meydandan çıxırlar
Beləcə, bu oyun sona dəqiqələr qalmış təxirə salınır
XƏZƏR LƏNKƏRAN – TURAN - 3:1 (1:0)
Qollar: B.Subaşiç, 33 (1:0), Branimir Subaşiç, 58 (2:0), R.Qomes, 59 (3:0), N.Nəbiyev, 86 (3:1).
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Orxan Məmmədov.
Lənkəran. Şəhər mərkəzi stadionu.
Oyun başladı
Meydan sahibləri ilk dəqiqələrdən hücuma atılıblar
Millimizin sabiq hücumçusu Branimir Subaşiç bu görüşdə XL-la debüt matçına çıxıb
4. Rahid Əmirquliyevin sağ cinahla reydi, asması...Anar Nəzirov qapısında sayıqdı
7. Katalin Domanın uzaqdan zərbəsini Nəzirov çətinliklə də olsa, dəf edir
13. Elnur Abdullayevin qüvvətli zərbəsinin qarşısını yenə Nəzirov alır
16. "Turan"ın ilk təhlükəli hücumu zamanı Elvin Beqiri topu kornerə çıxarmaqla komandasını qoldan xilas edir
18. Sergey Artyuxun uzaqdan zərbəsi Kamran Ağayevin qoruduğu qapıdan aralı keçir
21. XL daha bir kornerdən fərqlənə bilmir. Nəzirov çərçivədə çox inamlıdı
23. Elçin Məmmədov hava isti olduğundan futbolçulara su içmək imkanı yaradır
25. Subaşiç 2 müdafiəçidən sıyrılıb qapıya zərbə endirsə də, Nəzirov yerindədi
26. Nəzirov Oparanın da zərbəsini zərərsizləşdirir
30. Yasin Abbasov zədələnir və onu xərəkdə meydandan çıxarırlar
31. Abbasov oyunu davam etdirə bilmir və onun əvəzində Əsgər Abdullayev Rudison Ferreyranı buraxır
33. Subaşiç debüt matçında qol vurur. O, cərimə meydançası daxilində qapıya iti bucaq altında dəqiq zərbə endirir - 1:0
35. Zura Dzamsaşvili və Emeka Opara sarı vərəqə ilə cəzalanır
41. "Turan"da növbəti məcburi əvəzləmə: Zədlənən Ayxan Abbasovu Rəşad Orucov əvəzləyir
43. Nəzirov ardıcıl iki epizodda Doman və Oparanın zərbələrini əla reaksiya ilə dəf edir
45. İlk yarıya 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. XL ikinci hissəyə də fəal başlayıb
51. E.Abdullayevin zərbəsini Nəzirov dəf edir
55. R.Qomes sarı vərəqə alır
58. Subaşiç dubla imza atır - 2:0
59. Cəmi 1 dəqiqə sonra Qomes də qol vurur - 3:0
61. Oparanın əvəzində meydana Deyan Rusiç daxil olur
68. E.Məmmədov yenidən futbolçulara "su fasiləsi" imkanı yaradır
70. Beqirinin zərbəsini Nəzirov tutur
70. E.Abdullayev yerini Alim Qurbanova verir
71. Rusiç fərqlənməyə yaxın olsa da, baş zərbəsində azacıq dəqiqlik çatışmır
75. Domanın uzaqdan qüvvətli zərbəsində azacıq dəqiqlik çatışmır
77. R.Hüseynovun əvəzində meydana Namiq Əliyev daxil olur
83. Nəzirov bu oyunda ikinci dəfə zədələnir və həkimlə ona tibbi yardım göstərirlər
84. Subaşiç yerini Fikrət Ulduzluya verir
86. "Turan" təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirir. Artyuxun qüvvətli zərbəsini Kamran qaytarsa da, Nadir Nəbiyev təkrar zərbə ilə fərqi azaldır - 3:1
89. Adrian Pitin zərbəsi dəqiq olmur
90. Pitin daha bir zərbəsini qapıçı qayrtarır
90+3. A.Qoqoberaşvili simulyasiyaya görə sarı vərəqə alır
Matç başa çatdı
Qeyd edək ki, ilk oyun günündə keçirilən oyunlarda aşağıdakı nəticələr qeydə alınmışdı: Qəbələ - AZAL - 1:1, Simurq - Rəvan - 1:1.
Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq: Neftçi - Sumqayıt Şəhər, Kəpəz – Qarabağ.
|
1
|
XL
|
3
|
3
|
0
|
0
|
8-2
|
9
|
|
2
|
Qəbələ
|
3
|
1
|
2
|
0
|
3-2
|
5
|
|
3
|
AZAL
|
3
|
1
|
1
|
1
|
4-4
|
4
|
|
4
|
Turan
|
3
|
1
|
0
|
2
|
4-5
|
3
|
|
5
|
Neftçi
|
1
|
1
|
0
|
0
|
1-0
|
3
|
|
6
|
Qarabağ
|
1
|
1
|
0
|
0
|
1-0
|
3
|
|
7
|
İnter
|
2
|
1
|
0
|
1
|
1-1
|
3
|
|
8
|
Kəpəz
|
2
|
1
|
0
|
1
|
4-5
|
3
|
|
9
|
Simurq
|
3
|
0
|
2
|
1
|
1-4
|
2
|
|
10
|
Bakı
|
2
|
0
|
2
|
0
|
0-0
|
2
|
|
11
|
Rəvan
|
3
|
0
|
1
|
2
|
3-5
|
1
|
|
12
|
SŞ
|
2
|
0
|
0
|
2
|
2-4
|
0
|
Bombardirlər:
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran)
2 - Sergey Artyux (Turan), Zohair Benuahi (AZAL).
2 - Sergey Artyux (Turan), Zohair Benuahi (AZAL).
