18 avqust 2011 19:07
Robertas Poşkus da Simurqa keçir
“İnter”in hücumçusu Robertas Poşkus karyerasını “Simurq”da davam etdirə bilər. Azerisport.az xəbər verir ki, Zaqatala klubu “bankirlər”in forvardının xidmətində maraqlıdı.
Qeyd edək ki, “İnter”in baş məşqçisi Kaxaber Sxadadze litvalı hücumçunun komandasında qalmasını istəmir. Bu üzdən Poşkus heç komandanın hazırlıqlarında da iştirak etməyib. Lakin futbolçu müqavilə ilə hələ də “İnter”ə məxsusdu.
Zaqatala klubu da məhz vəziyyətin belə olmasından maksimum yararlanmaq niyyətindədi. Sergey Yuranın komandası bu oyunçunu hətta icarəyə də götürə bilər. Lakin onlar ilk olaraq Poşkusun “bankirlər”lə problemini yoluna qoymasını istəyirlər.
