18 avqust 2011 20:56
AZAL-ın futbolçusu rəsmən İnterdə (FOTO)
Hücum xəttində problemi olan “İnter” heyətinə daha bir belə futbolçu qatıb. Azerisport.az xəbər verir ki, bank klubu ölkəmizdə çıxış edən əcnəbi futbolçu ilə güclənib.
Bu, AZAL-ın oyunçusu Enyo Krastovçevdi. “Bankirlər” artıq 27 yaşlı bolqar hücumçu ilə münasibətlərini rəsmiləşdirib. Futbolçuyla bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Enyo Krastovçev bu ilin əvvəlində AZAL-a gəlib. O, bundan əvvəl vətənində “Marek” (2002-2008, 82 oyun, 27 qol) və “Levski” (2008-2010, 28 oyun, 11 qol) klublarında çıxış edib, 2009-cu ildə Bolqarıstan çempionu olub.
